top of page
Writer's pictureAqsia Assosication

Yeni yaradılan mediasiya təşkilatlarının ictimai açılışlarına başlanılıb

Ölkə başçısının məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında fərmanından irəli gələn vəzifələrin icrasını uyğun olaraq, Azərbaycanda mediasiya institutunun inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilməkdədir.

Artıq yeni yaradılan mediasiya təşkilatlarının ictimai açılışlarına başlanılıb. 17 mart 2022-ci il tarixdə Bakı 2 saylı Mediasiya Təşkilatının ictimai təqdimatı keçirilib.

Təqdimatda Mediasiya Şurasının sədri Nadir Adilov, Azərbaycan Hakimlər Assosaiyasının sədri Əlləddin Cəfərov, Mediasiya Şurasının idarə heyətinin üzvü Sima Yaqubova, yazıçı Varis, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının idarə Heyətinin sədri Səkinə Babayeva və Ailə Qadın Uşaq Probləmıəri üzrə Komitənin nümayəndəsi, digər ictimai nüfuzlu şəxslər iştirak ediblər.


Qonaqlar Bakı 2 saylı Mediasiya Təşkilatınıın fəaliyyət göstərməyə başladığı 05 yanvar 2022-ci il tarixdən bu günə qədər görülən işlərlə tanış olublar.

Bakı 2 saylı Mediasiya Təşkilatının sədri İlhamə Həsənova bildirib ki, Bakı 2 saylı mediasiya Təşkilatının Bakı şəhəri, Xan Şuşinski 158 ünvanında yerləşən ofisi mediasiya proseslərinin keçirilməsi üçün yüksək şəraitlə təmin edilib və hazırda təşkilatda 25 mediator fəaliyyət göstərir.


Tədbirdə Bakı 2 saylı Mediasiya Təşkilatının fəaliyyəti ilə bağlı maraqlı təqdimat nümayiş etdirilib. Təqdimatdan da məlum olduğu kimi Bakı 2 saylı Mediasiya Təşkilatına daxil olan işlərin kifayət qədər əhəmiyyətli hissəsi barışıq sazişləri və tam mediasiya sessiyasına keçid etməklə yekunlaşıb.


Çıxış edən qonaqlar mediasiya institutunun məhkəmə hüquq islahatlarına, mübahisələrin sayının azalmasına və səmərəli həllinə böyük töhfə verəcəyinə inandıqlarını bildirib və bu yolda təşkilata uğurlar arzulayıblar.

1 view

Comments


bottom of page