Xaçmazdan və Qubadan olan qadınlar öz bizneslərini necə rəqəmsallaşdırmağı öyrənir.
AQSIA-nın 25-26 avqust 2022-ci il tarixlərində Xaçmazda və 27 avqust 2022-ci il tarixlərində Qubada keçirdiyi “Kiçik biznesin rəqəmsallaşması: tətbiqi həllər” adlı təlim çərçivəsində Xaçmaz və Quba rayonlarından olan 55-dən çox qadın öz biznesini necə rəqəmsallaşdırmaq üzrə biliklərini artırıb.


Təlim “Gender yönümlü və çoxtərəfli əməkdaşlıq vasitəsilə davamlı inkişaf yolunda qadınların potensialının gücləndirilməsi və iqtisadi səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərin davamıdır. Layihənin məqsədi həssas vəziyyətdə olan qadınların bərabər iqtisadi imkanlarını təmin etmək üçün onları gücləndirməkdir.

