top of page
Writer's pictureAqsia Assosication

Vyetnam və Azərbaycan arasında əlaqələrin inkişafı və perspektivləri” mövzusunda keçirilən konfrans


AQSİA-nın Vyetnama səfər edən nümayəndə heyəti səfərin 3cü günündə Ha Giang şəhərində “Vyetnam və Azərbaycan arasında əlaqələrin inkişafı və perspektivləri” mövzusunda konfrans keçirdi.



Konfransda Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə, AQSİA İH sədri Səkinə Babayeva, assosiasiyanın İnnovasiya və rəqəmsal texnologiya komissiyasının rəhbəri Mədinə Paşayeva, Xidmətlər komissiyasının rəhbəri Aynur Hüseynova, Regionlarla iş departamentinin rəhbəri Kəmalə Məmmədli və aktiv üzvlərdən Pərvanə Mustafayeva və Pərvanə Axundova , həmçinin Vyetnamın özəl və dövlət sektorundan rəhbər şəxslər iştirak edib və mövzu ilə bağlı öz fikirlərini bildiriblər.



Gün sonunda Azərbaycandan gələn nümayəndə heyəti üçün rəsmi ziyafət təşkil olunub.

Comments


bottom of page