top of page
Writer's pictureAqsia Assosication

"Vergi və hesabatlılıq" işçi qrupunun iclası keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Ədliyyə Nazirliyi, Dövlət Vergi Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Auditorlar Palatası, Milli Elmlər Akademiyası, həmçinin işçi qrupa daxil olan bir sıra ictimai birliklər, biznes assosiasiyaları və aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.



İclasda Dünya Bankı Qrupunun “Әlverişli biznes mühiti” layihәsinin “Vergitutma” indikatoru üzrə Yol Xəritəsinin təqdimatı keçirilib. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin İşçi qrup üzvləri tərəfindən dəyərləndiriləcəyini, təkmilləşdirmələrin aparılması üçün növbəti iclaslarda təkliflərin hazırlanacağını qeyd edib.

1 view

Comments


bottom of page