University Foundation Courses 8-ci buraxılış gecəsi

2022-ci il iyulun 28-də University Foundation Courses-in (UFC) ingilis, fransız, alman dilləri departamentinin tələbələrinin “Foundation” proqramını bitirmələri münasibətilə keçirilən 8-ci buraxılış gecəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva da iştirak etdi.

Buraxılış gecəsində həmçinin, Fransanın Azərbaycandakı səfiri cənab Zakari Qross,Belçikanın Azərbaycandakı səfiri cənab Mişel Pitermans, Misirin Azərbaycandakı səfiri cənab Hişam Məhəmməd Nağı Abdel Həmid, Çexiyanın Azərbaycandakı səfirinin müavini cənab Daniel Putik, Böyk Britaniyanın Azərbaycandakı səfirinin birinci katibi xanım Salli Rouen, “Foundation” beynəlxalq proqramının akademik direktoru Kids Brumer (Böyük Britaniya), Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan parlamentlərarası işçi qrupunun rəhbəri Rauf Əliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müşaviri Məsim Məmmədov, , “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov, BMT-nin Əhali Fondunun (UNFPA) layihə koordinatoru Səbinə Manafova, Azərbaycan Neft və Sənaye Universitetinin prorektoru Ata Babayev, Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Bakı Dövlət Universitetinin alman-fransız dilləri kafedrasının müdiri Elmira Fərəcullayeva və başqa qonaqlar iştirak edirdilər. Buraxılış gecəsini giriş sözü ilə UFC-nin direktoru professor Reyhan Hüseynova açdı.
