top of page

“Tibb biznesində perspektiv imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub.















KOBİA yanında İctimai Şuranın təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə “Tibb biznesində perspektiv imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub. Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində keçirilmiş ictimai müzakirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, tibb sahəsində fəaliyyət göstərən iş adamları və biznes assosiasiyalar iştirak ediblər.

Müzakirələrdə həmçinin Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə heyətinin sədri Səkinə Babayeva da iştirak edib.














Tədbir çərçivəsində Səhiyyə Nazirliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Tədbirdə tibb biznesi sahəsində sahibkarların sektorun inkişafına dair təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarların sualları cavablandırılıb.

0 views
bottom of page