Türkiyədə baş vermiş hadisə ilə bağlı Azərbaycandakı Türkiyə səfirinin xanımı ziyarət olunub
Milli Məclisdə Ailə Qadın və Uşaq problemləri üzrə komitənin sədri Hicran Hüseynova, həmçinin AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva,AQSİA İdarə heyətinin üzvləri və komissiya rəhbərləri ilə birlikdə qardaş ölkə Türkiyədə baş vermiş hadisə ilə bağlı Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfiri cənab Cahid Bağcının xanımı Leyla Bağcını səfirlikdə ziyarət ediblər.

AQSİA İH sədri Azərbaycan qadın sahibkarların hər zaman Türkiyənin yanında olduğunu və bu hadisənin heç vaxt unudulmayacağını dilə gətirib. Hal-hazırda bütün ölkədə göstərilən dəstəklərin qardaşlığın ən bariz nümunəsini olduğunu bildirən Türkdilli Dövlətlərin Qadın Komitəsinin sədri Səkinə Babayeva eyni zamanda baş verən hadisə ilə bağlı assosiasiya tərəfindən yaradılan Yardım Fondunun da aktiv fəaliyyətindən söz açıb.
Türkiyədə baş verən zəlzələ qurbanlarının ruhuna dualar oxunub.
Sonda Səkinə xanım matəm kitabına ürək sözlərini yazıb.
