top of page

Türk Dünyası Qadın Sahibkarları 8 Noyabr Azərbaycanın Zəfər günündə İstanbulda bir araya gəldilər.

Türk Dünyası Qadın Sahibkarları 8 Noyabr Azərbaycanın Zəfər günündə İstanbulda bir araya gəldilər.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Türkiyə-Azərbaycan İş Qadınları Platforması əməkdaşlığı ilə Azərbaycan respublikasının prezidenti İlham Əliyevin 5 yanvar 20222ci il tarixli və 3096 nömrəli sərəncamı ilə bu il Azərbaycanda elan edilən “Şuşa İli” çərçivəsində, Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xüsusi müsabiqəsinin qalibi olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyi tərəfindən icra olunan "Qarabağ incilərinin Avropa sədası” layihəsi - 8 Noyabr Zəfər Günü, 9 Noyabr Bayraq Günü və Türk Ticarət və Sənaye Palatasının Qadın Sahibkarlar Komitəsinin 1-ci ildönümü münasibətiylə həyata keçiirlən bu tədbir, Türk Dünyası iş adamları, dövlət işçiləri və mətbuat işçilərinin də iştirakıyla İstanbulda keçirildi


Qarabağ müharibəsi şəhidləri adına bir dəqiqəlik sükut və Azərbaycan, Türkiyə himnlərinin səsləndirilməsindən sonra tədbir açılış nitqləri ilə davam etdi.

Spikerlər : Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva,

Türkiyə-Azərbaycan İş Qadınları Platformunun prezidenti Yeganə Quliyeva,

Azərbaycan və Türkiyə Vəkillər Kollegiyasının üzvü, Türk Ticarət və Sənaye Palatasının 1-ci Qadın Sahibkarlar Komitəsinin Azərbaycan Hüquq və İctimaiyyətlə Əlaqələr Komissiyasının sədri vəkil Aygün Əliyeva,

Azərbaycan millət vəkili Məlahət İbrahimqızı,

Azərbaycanın İstanbuldakı Konsulu Zaur Allahverdizadə,

Qırğızıstanın İstanbuldakı baş Konsulu Lira Sıdıkova,

Qazaxıstan Ahi Bektaş Türk Dünyası başkanı- Anara Baycanova,

ASAM Avrasiya Strateji Araşdırmalar Mərkəzi başkanı - Musa Çələbi,

öz nitqlərində Azərbaycanı Qarabağ zəfəri münasibətiylə təbrik etdilər,

Türk Dünyası arasında ticarətin artırılması mövzusunda Qadın Sahibkarlığı Komitəsinin fəaliyyətlərini stratejik baxımdan önəmli bir addım olaraq gördüklərini vurğuladılar.



0 views