top of page

Rumıniyanın müxtəlif bölgələrindən yüzlərlə sahibkar xanımın qatıldığı konfrans düzənlənib

Rumıniya Qadın Sahibkarlar Assosiasiyasının düzənlədiyi konfransda AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva və Assosiasiyanın digər təmsilçiləri iştirak edib. AQSİA sədri çıxış edərək dost ölkənin qadın sahibkalarına Azərbaycanda qadın sahibkarlığının inkişafı ilə bağlı geniş məlumat verib və mövcud əməkdaşlıqdan məmnunluğunu ifadə edib.




Avrupa Parlamentinin deputatı, Rumıniya Qadın Sahibkarlar Assosiasiyasının prezidenti, Yüngül Sənayedə İşəgötürənlər Federasiyasının prezidenti, Milli İxracatçılar Şurasının üzvü Maria Qrapininin moderatorluğu ilə gerçəkləşən konfransda Rumıniya Nümayəndələr Palatasının üzvü, deputat, siyasətçi Elena Stoica, Beynəlxalq Şəxsi Müəssisə Mərkəzi Mütəxəssisi Camelia Bulat iştirak ediblər.









0 views
bottom of page