top of page

Reza Deqatinin 70 illik yubileyi münasibətilə “Keçmiş və gələcək bəşəriyyətin şahidi” adlı tədbir
















Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Reza Deqatinin 70 illik yubileyi münasibətilə “Keçmiş və gələcək bəşəriyyətin şahidi” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin Sədri Səkinə Babayeva da iştirak edib.

Tədbir Mədəniyyət Nazirliyi tərəfindən Reza Deqatinin həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.

Daha sonra çıxış edən Mədəniyyət naziri Anar Kərimov bildirib ki, dünyada 40 milyona yaxın azərbaycanlı yaşayır və onlar arasında çox sayda Azərbaycanı təmsil edən insanlar var.

Nazirin sözlərinə görə, Reza Deqatinin fəaliyyəti xüsusilə seçilir:

“Onun həyatı ilə bağlı sənədli və bədii filmlər hazırlanacaq. Bu sənət əsərinə baxanda görürük ki, o, dünyanın ən qaynar nöqtələrində olub, ən qaynar nöqtələrdə baş vermiş hadisələri “fotoaparatının gözü” ilə dünyaya çatdırıb.
















Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da Reza Deqatinin fəaliyyətindən söz açıb. Onun Birinci Qarabağ müharibəsi, 20 Yanvar faciəsi, Xocalı soyqırımı kimi xalqımızın ən ağır günlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətləri olduğunu bildirib.

Daha sonra tədbir xalq artisti Mənsum İbrahimov, əməkdar artist Sahib Paşazadə və digər sənətçilərin ifasında konsert proqramı ilə davam edib.

0 views