top of page

Regionlarda qadınların iqtisadi gücünün artırılması layihəsinə start verilib.

Kiçik Orta Biznes İnkişaf Agentliyinin (KOBİA) Yevlax və Göyçay - Ağdaş KOB inkişaf mərkəzləri, "Gələcək naminə" İctimai Birliyi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Asosasiyası və Ailə Qadın və Uşaq Problemləri üzrə Göyçay Qadın Resurs Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Regionlarda qadınların iqtisadi gücünün artırılması” layihəsi həyata keçirilir.

Mayın 20-də Göyçayda layihə çərçivəsində “Regionlarda qadınların iqtisadi gücünün artırılması: perespektivlər və imkanlar” mövzusunda tədbir keçirilib.


Tədbirdə kənd təsərrüfatı, xidmət və ticarət sahələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar qadın iştirak edib. Tədbirin məqsədi Göyçay, Ağdaş, Ucar, Zərdab, Yevlax, Bərdə, Gəncə və Mingəçevir rayonlarında müxtəlif sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların fəaliyəti ilə tanış olmaq, onları sahibkarlara göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumatlandırmaq və fikir mübadiləsi aparmaqdır.

Tədbirdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınaların işgüzar əlaqələrinin genişləndiriməsi və şəbəkələşməsinə dəstək üzrə müzakirələr aparılmış, həmçinin qadınların əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.

Sərgidə bir qrup sahibkar qadınların ehtiyacları dinlənildi və onlara köməklilərin göstərilməsi üçün tapşırıqlar verildi.Sonra aksiya idarə heyətinin sədri Səkinə Babayeva şəhid və qazi ailələri ilə görüş keçirdi. Onları qayğılandıran məsələlərlə bağlı köməklik göstərəcəyinə söz verdi.Daha sonra kənd təsərrüfatı ilə məşğul olan xanımlar üçün müəssisə turu təşkil edildi.Tur çərçivəsində müəssisələrə yerində baxış keçirildi və regionlarda ekoloji qidanın əhəmiyyəti və onun istifadə qaydalarının genişləndirilməsi üçün söhbətlər aparıldı.Bildirildi ki, layihə çərçivəsində sahibkar qadınlar üçün mentorluq dəstəyinin göstərilməsi də nəzərdə tutulur.

1 view
bottom of page