Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində KKTC-də 2 Zirvə toplantısı keçirilir.
KKTC dövlət təmsilçilərinin, bir sıra nazirlərin, Kipr Birinci xanımının qatıldığı toplantıya Türkiyənin, KKTC-nin çoxlu sayda sahibkar xanımları, iş adamları toplaşıb.

Azərbaycanı AQSİA İcraçı Katibi, Əməkdar jurnalist Mətanət Ağamirli təmsil edib. Tədbirdə qadın iqtisadi özgürlüyünün təmin olunması, qadın Sahibkarlığının inkişafı və Türkiyə-KKTC- Azərbaycan işgüzar xanımlarının əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apırılıb.
