“QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”

Mingəçevir şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən ilk dəfə olaraq təşkil edilən “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı” təlimlərində AQSİA-nın layihə assistenti Yasəmən Ağayeva da iştirak etmişdir.

Yekun tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, 3 gün ərzində davam edən təlimlər qeyri-hökumət təşkilatlarının layihələrinin hazırlanması istiqamətində peşəkarlıq səviyyəsinin artırılmasına və beynəlxalq donorlarla əməkdaşlıq imkanlarının genişləndirməsinə tövhə verəcək. Agentlik bu mövzuda təlimlərin gələcəkdə də davamlı olmasını təmin edəcək.

Çıxışlardan sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib.
