top of page

“Qanunvericilikdə qadın sahibkarlığı:imkan və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilib.

Writer's picture: Aqsia AssosicationAqsia Assosication

Updated: Mar 16, 2023

AQSİA-nın təşəbbüsü ilə Milli Məclisdə “Qanunvericilikdə qadın sahibkarlığı:imkan və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilib.


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri Hicran Hüseynova, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, həmçinin Kiçik və Orta Sahibkarlığın İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Məmmədov və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva və bir sıra millət vəkilləri iştirak etdiyi dinləmədə sahibkarların qanunvericilikdə üzləşdikləri çətinliklərlə bağlı məsələlər haqda fikirlər səsləndirilib.



AQSİA sədri Səkinə Babayeva öz çıxışında qadın sahibkarlara maraqlı olan bir sıra mövzuları - Vergilər, gömrük rüsumu, Qadınların Milli Biznes Gündəliyi, kənd təsərrüfatı üzrə fəaliyyət göstərən sahibkarların problemləri, mənfəət və zərərə təsir edən amillər, ƏDV-nin differensiallaşdırılması, həmçinin ölkəmizdə Sosial Sahibkarlıq və Korporativ Sosial Məsulliyyət ilə bağlı məsələlərin öz həllini tapması üçün bu məsələlərin qanunvericilikdə yenidən baxılması üçün müraciətini bildirdi.




1 view

Comments


bottom of page