top of page

Qadınların Milli Biznes Gündəliyi

Noyabrın 23-də USAID-in dəstəyi ilə AQSİA tərəfindən Qlobal Sahibkarlıq Həftəsinə həsr edilmiş “Üfüqdə Yeni Fürsətlər:Qadın Sahibkarlara Yaşıl İşıq” adlı V Forum keçirilib.

Tədbirdə beynəlxalq tərəfdaş təşkilatların nümayəndələri, qadın sahbkarlar, investorlar, assosiasiyalar, özəl sektor nümayəndələri daxil olmaqla 2000-dən çox şəxs iştirak edib

Paneldə iştirak edən Milli Məclisin deputatı Jalə Əhmədova, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev qadın sahibkarlığının inkişafı, qadınların məşğulluğunun artırılmasına dair dövlət tərəfindən həyata keçirilən islahatlardan danışıb. Panelist olaraq iştirak edən Grata Azərbaycan şirkətinin İdarəedici Partnyoru Ümmi Cəlilova isə özəl sektorda qadınların üzləşdiyi əsas problemlər və bunların həlli üçün tətbiq edilən təcrübələr barədə auditoriyanı məlumatlandırıb. Paneldə Avropa Parlamentinin üzvü Maria Grapininin müzakirə edilən mövzulara dair hazırladığı nitq səsləndirilərək bu sahədə beynəlxalq təcrübə iştirakçıların diqqətinə çatdırılıb

Qeyd edək ki, konfrans çərçivəsində AQSİA-nın üzvü olan xanımların əl işlərindən ibarət sərgi də təşkil olunub.

0 views