“Qadın sahibkarların vergi ilə bağlı problemləri və həll yolları” adlı görüş keçirildi.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Dövlət Vergi Xidmətinin birgə əməkdaşlığı çərçivəsində “Qadın sahibkarların vergi ilə bağlı problemləri və həll yolları” adlı görüş keçirildi. Açılış nitqində AQSİA İdarə heyətinin sədri Səkinə Babayeva korporativ sosial məsuliyyətlə mağlı məsələləri gündəmə gətirib və mövcud vəziyyətlə bağlı məlumat verdikdən sonra sahibkarların vergi ilə bağlı problemləri dinlənildi və mövzuyla bağlı Vergi Xidmətinin rəis müavini Samirə Musayeva və Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov iştirakçıların suallarını cavablandırdı.

Görüşdə qadın sahibkarla yanaşı kişi sahibkarların və mühasiblərin, hüquqşünasların iştirakı da təmin olunub.

Görüşdə AQSİA-nın hüquqşünasları Arzu Alıyeva, Lamiyə Bayramova, AQSİA üzvləri Xəyalə Mütəllimova, Ulduz Xanlarova, Rəna Qəfərova, Aynurə Hüseynova, Vəsilə Abulova, Lalə Qocayeva , Mədinə Paşayeva, həmçinin AKİAB-ın İdarə Heyətinin sədri və üzvləri, “BSC consalting”-in hüquqşünasları iştirak edib, sual və təkliflərini səsləndiriblər.
Kənd təsərrüfatı, xidmət, istehsal sahəsində fəaliyyət göstərən sahibkarlar vergi ilə bağlı müxtəlif məsələlərin həlli üçün bu görüşün keçirilməsinin əhəmiyyətindən bəhs edib və bu cür görüşlərin davamlı olmasını bildiriblər.

Qeyd edək ki, AQSİA hər zaman dövlət qurumları ilə birgə əməkdaşlıq çərçivəsində sahibkarlar üçün belə silsilə görüşlərin keçirilməsinə start verib.


