8 İyul 2024-cü il tarixində Bakı Kob Evində “Qadın sahibkarların qarşılaşdıqları əsas problemlər və onların həll yolları” mövzusunda növbəti “İşgüzar 5 çay” adlı tədbir keçirilib.
Tədbirin məqsədi qadın sahibkarların iş həyatlarında qarşılaşdıqları problemləri müzakirə edərək onların həll yollarını araşdırmaq olmuşdur.
AQSİA İH sədri Səkinə Babayeva qadın sahibkarlara problemlərin hansı vəziyyətdə yarandığını və onları hansı yolla həll olunduğunu öz çıxışında bildirmişdir.Bundan əlavə olaraq gənc qadın sahibkarlara iş dünyasında bir sıra maarifləndirici məsləhətlər vermişdir.
Tədbirimizdə xanımlar müvafiq suallarını Səkinə xanıma yönəltmiş və onların həll yolları auditoriyada müzakirələr əsasında əsaslandırılaraq xavablandırılmışdır.
Qadın sahibkarlara daim dəstək olan və keçirilən tədbir üçün məkan olaraq bizə yaratdığı şəraitə görə #KOBİA-ya təşəkkürümüzü bildiririk.
Comments