top of page

Qadın sahibkarlığının inkişafı sahəsində uğurlu təcrübələr adlı forum baş tutub.

Forumda Türk dilli dövlətlərin qadın sahibkarlığının inkişafı sahəsində fəaliyyət göstərən assosiasiyalar, ictimai birliklər, dövlət və özəl strukturlarının nümayəndələrinin iştirakı ilə uğurlu təcrübələr haqqında müzakirələr aparılıb.

Qazaxıstan Parlamenti Məclisinin üzvü Ləzzət Ramazanova tərəfindən foruma dəvət alan AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva Azərbaycanda Qadın Sahibkarlığının inkişafı yönündə görülmüş işlər və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanan uğurlu layihələrdən bəhs edib.


Eyni zamanda AQSİA sədri Qazaxıstan və Azərbaycan arasında iqtisadi əlaqələrin gücləndirilməsində iki ölkənin qadın sahibkarlarının rolunu artırılmasının əhəmiyyətini vurğulayıb.


1 view