Park Bulvar Ticarət Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə...
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının start verdiyi
"Əl Əməyi Göz Nuru" adlı satış yarmarkası alıcıların marağına səbəb olub. Sayca 45-ci olan satış-sərgi xüsusilə bu bayram günlərində şəhər sakinlərinin ürəyincədir.

Sərgiyə çoxlu sayda üz tutan alıcılar 8 mart və Bahar bayramını özündə əks etdirən hədiyyə suvenirlərlə əzizlərini, doğmalarını sevindirirlər.
