Parisdəki rəsmi görüşlər çərçivəsində UNESCO-nun xoşməramlı səfiri Hedva Ser ilə görüşülüb.
Parisdəki rəsmi görüşlər çərçivəsində UNESCO-nun xoşməramlı səfiri Hedva Ser ilə görüşülüb.
Görüşdə Hedva Ser qısa zaman öncə Azərbaycanda olduğunu, Şuşanın gözəlliyinə heyran olduğunu bildirib. Layihənin UNESCO-nun maraqlarına uyğun olduğunu və bu cür yenilikçi bir layihənin Fransada keçirilməsinin düzgün addım olduğunu qeyd edib.
Layihənin Fransanın digər şəhərlərində də keçirilməsinin əhəmiyyətli olduğunu qeyd edən AQSİA İdarə heyətinin sədri Səkinə Babayeva Azərbaycan Respublikası tərəfindən hər zaman bu cür milli-mənəvi layihələrin dəstəklədiyini qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamına əsasən Azərbaycanda 2022-ci il “Şuşa İli” elan edilmişdi. Sözügedən layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi -nin “Şuşa ili”-nə həsr etdiyi xüsusi müsabiqəsinin qalibi olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyi tərəfindən keçirili
