top of page

Nizami Gəncəvi adına Mədəniyyət Evində satış sərgisi və şəbəkə forumu keçirildi.

USAID Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində AQSİA tərəfindən Tovuz rayonunda Nizami Gəncəvi adına Mədəniyyət Evində əl işlərindən və kiçik istehsaldan ibarət satış sərgisi və şəbəkə forumu keçirildi.


Sərginin əsas məqsədi qərb regionunda fəaliyyət göstərən mikro və kiçik sahibkar qadınlarının əl işlərinin, kiçik istehsalın və ev təsərrüfatı məhsullarının satışı, həmçinin həmin sahibkarların şəbəkələşməsidir.


Layihə BMTnin Dayanıqlı İnkişaf Məqsədlərinin 1-ci “Yoxsulluğa son” və 8-ci “Layiqli əmək və iqtisadi artım” bəndlərini əhatə edir. Sərgidə Gəncə, Şəmkir, Gədəbəy, Tovuz, Naftalan, Daşkəsən, Göygöl, Qazax və Ağstafa rayonlarından mikro və kiçik sahibkar qadınlar öz məhsullarını sərgilədilər. Sərgidə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə heyətinin sədri Səkinə Babayeva, Tovuz Rayon İcra Hakimiyyətinin baçısının 2-ci müavini Təranə Bayramova, Tovuz KOB Dostu Nəriman Zeynalov , AQSİA Gəncə, Naftalan, Tovuz, Gədəbəy, Şəmkir nümayəndəliklərinin başçıları, digər yerli və beynəlxalq təşkilatlarının nümayəndələri də iştirak etdi.


Həmçinin sərgidə 50 sahibkar müxtəlif sahələrdə məhsullar (un və şirniyyat məmulatları, tekstil, kənd təsərrüfatı məhsulları, aksesuarlar və sairə nümayiş etdirdi. Ümumi sərgidə ziyarətçilərlə birgə 100 nəfərdən çox iştirakçı olub.




0 views
bottom of page