top of page

Milli Məclisin İqtisadi-siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ilə görüş

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva Milli Məclisin İqtisadi-siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ilə görüşdə iştirak edib.

Görüş zamanı İctimai Şuranın məqsəd və vəzifələri, “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinə uyğun olaraq görülən işlər, Şuranın Fəaliyyət Planı və digər məsələlər üzrə komitə üzvlərinə təqdimat keçirilib.


Milli Məclis üzvləri ilə Şuranın fəaliyyətinə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə olunub.

0 views
bottom of page