top of page

Martın 16-da Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) Novruz bayramı..

ərəfəsində sahibkar qadınlarla görüş keçirib.

AQSİA-nın yarandığı gündən indiyədək Azərbaycan qadının nüfuzlu əməyi ilə dünyada da öz uğurlu addımlarını atdığını vurğulayan Assosiasiyanın İdarə Heyətinin sədri Səkinə Babayeva ölkəmizin sosial və iqtisadi həyatında qadınların rolunun artmasını müsbət qiymətləndirib.

Bildirib ki, sahibkar qadınlarımızın əməyi ilə üç il ərzində 1050-dən artıq tədbirlər həyata keçirilib. Bunların əksəriyyəti regionlarda keçirilən 400-dən artıq təlim-seminar xarakterli tədbirlərdir. 320 qadına isə ilkin kapital verilib ki, bu da artıq öz səmərəsini verir.


S.Babayeva qeyd edib ki, bu gün ölkəmizdə müasir qadın hərəkatı formalaşıb və bu hərəkatın yaranması Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın adı ilə bağlıdır. AQSİA birmənalı olaraq bu prosesdə yer alır və fəaliyyəti dövründə hər zaman Mehriban xanım Əliyevanın hərtərəfli dəstəyini hiss edib.


“Milli, etnik mədəniyyətimiz, dünyada Azərbaycan ticarət evlərinin açılması biz qadınlar üçün bir cığırdır. Bu istiqamətdə göstərilən dəstəyə görə dövlətimizə və media işçilərinə minnətdarıq”, - deyə S.Babayeva vurğulayıb.

Sonda tədbir iştirakçılarına hədiyyələr təqdim olunub.


2 views
bottom of page