top of page

Macarıstanın paytaxtı Budapeşt şəhərində icmaların inkişafı və inteqrasiyası mövzusunda 2-ci..

regional iclas baş tutub.Tədbir zamanı müxtəlif ölkələrin aqrar sahədə həyata keçirilən fəaliyyətləri barədə məlumat verilib, FAO-nun xüsusilə icmaların, qadın və gənclərin aqrar sahədə biznes imkanlarının genişləndirilməsi dair imkanlar və görülən işlər təqdim olunub.

Tədbirdə Azərbaycanı nümayəndə heyətində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, AKİA və FAO-dan mütəxəssislər iştirak edib.

Azərbaycan nümayəndə heyəti həmçinin gənclərin aqrar sahədə imkanlarının genişləndirilməsi üzrə Azərbaycan Hökümətinin atdığı addımlar, ölkə ərazisində yaşıl zonaların və alternativ enerji resurslarının inkişaf etdirilməsi istiqamətində hökümətin həyata keçirdiyi islahatlar barəsində təqdimat edib.



0 views