Məhəbbət İbrahimovanın yeni “Yalan dolu məhəbbət” kitabının təqdimat mərasimi baş tutdu.
AQSİA üzvü Məhəbbət İbrahimovanın yeni “Yalan dolu məhəbbət” kitabının təqdimat mərasimi baş tutdu.

Mərasimdə assosiasiyanın üzvləri, elm xadimləri, yazıçının yaxınları və media işçiləri iştirak edib.
Məhəbbət İbrahimova öz nitqində qonaqları salamlayıb və bildirib ki, kitabın satışından əldə olunacaq gəlir aztəminatlı şəhid və qazi ailələrinə veriləcək.

Daha sonra AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış edərək, üzvlərimizin hər uğurunda bir araya gəldiyimizi və bu dəstəyə görə hər birinə təşəkkür etdiyini, həmçinin yazıçı-şairə Məhəbbət İbrahimovaya işlərində uğurlar arzuladığını bildirib, ona AQSİA adından təltifnamə təqdim edib.