MÜSIAD Ankara – Müstəqil Sənayeçi və İşadamları Dərnəyi (MÜSİAD)

MÜSIAD Ankara – Müstəqil Sənayeçi və İşadamları Dərnəyi (MÜSİAD) Genel Başkanı Hasan Fehmi YILMAZ və MÜSIAD-ın digər nümayəndələri ilə görüş keçirilib. COJEP International prezidenti Ali GEDİKOĞLU COJEP Network və fəaliyyət dairəsinin genişləndirilməsi perespektivləri haqqında və Koordinatorluqlar haqqında məlumat verdi. “Könüldən Könülə Türkiyə Görüş layihəsi”nin iştirakçısı olan QHT-lər layihələrinin yer aldığı dərgi Genel Başkanı Hasan Fehmi YILMAZa təqdim olundu.
Genel Başkan Hasan Fehmi YILMAZ COJEP International Network üzvlərinin qatıldığı “Könüldən Könülə Türkiyə Görüş layihəsi”nin iştirakçısı olan QHT-lərin dəstəklənməsi üçün Dərnək üzvləri ilə görüşlərin keçiriləcəyini bildirdi.

Görüşdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası sədri Səkinə Babayeva və üzrə İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək İB-nin həmtəsisçiləri və sədr müavinləri olan Şahin Qurbanov və Elman Əsədov tərəfindən layihələr təqdim olundu. Layihə, Dərnək üzvləri ilə görüşlərin keçirilməsi və dəyərləndirməsi mərhələsindədir. Layihələrdə Azərbaycanda sağlam qida və aztəminatlı ailələrdən olan qadınların işlə təmin olunması və işğaldan azad olunmuş ərazilərdə Müasir Heyvandarlıq Kompleksinin qurulması nəzərdə tutulur.