Liv Bona Dea Hospital Vətən müharibəsinin başlanmasının ildönümünə həsr olunan tədbir keçirib.
Görüşdə Türkiyə və Azərbaycandan olan iş adamları, millət vəkilləri, müxtəlif dövlətlərin Azərbaycandakı səfirliklərinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.


Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin Sədri Səkinə Babayevanın da xüsusi qonaq olduğu və mükafat aldığı "Bir Millət, İki Dövlət - Hər Zaman Birlikdə Əl-ələ. Həkim Uniformasının Boyanması" adlı tədbirdə vətən müharibəsi iştirakçıları, şəhid ailələri və onların övladları iştirak edib. Tədbirdə 100 uşağa ödənişsiz müayinə paketi hədiyyə edilib.


Qeyd edək ki, AQSİA-da 2017-ci ildən bu günə qədər ehtiyacı olan vətəndaşların sağlamlıq problemlərinin həlli üçün bir çox sosial layihələr həyata keçirilib.
