top of page

Layihə benefisiarlarının qadın rol modellərlə və KOBİA ilə görüşü

Xaçmaz və Quba rayonundan olan 60-dan çox Layihə iştirakçılarınn 12 sentyabr 2022-ci il tarixində rol model qadınlar və KOBİA ilə görüşü keçirilib.


Açılış nitqi ilə Xaçmaz İcra Hakimiyyətinin nümayəndəsi Tariyel Didarov, AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva və layihə rəhbəri çıxış ediblər.

Azər Pənahov qadın sahibkarlara Kiçik və Orta Sahibkarlar üzrə Dövlət Agentliyinin elektron xidmətlər və elektron ticarət portalı haqqında təqdimat edib.


Tədbirin ardınca rol modellərin - Mətanət Ağamirli (AQSİA icra katibi, "Konsept 2020" MMC-nin rəhbəri, Əməkdar jurnalist), Afət Həsənova (Kontinental şirkətinin rəhbəri, Tonqal restoranın sahibi. Tibb üzrə fəlsəfı doktoru, dosent), Ləman Əliyeva (mama-ginekoloq) , Aynurə Hüseynova (“Biyan” apteklər şəbəkəsinin təsisçisi, Əczaçılıq üzrə fəlsəfə doktoru), Aida Kahveci (Kahveci MMC həmtəsisçisi və Kahveçi plus şirkətinin direktoru, Sabirşah brendinin təsisçisi) Güllü Paşayeva ( Master Cleaning təmizlik şirkətinin təsisçisi) uğurlu sahibkar qadınların ilhamverici həyat hekayələri dinlənildi


Tədbir “Gender yönümlü və çoxtərəfli əməkdaşlıq vasitəsilə davamlı inkişaf yolunda qadınların potensialının gücləndirilməsi və iqtisadi səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərin davamıdır. Layihənin məqsədi həssas vəziyyətdə olan qadınların bərabər iqtisadi imkanlarını təmin etmək üçün onları gücləndirməkdir.



0 views