Layihə benefisiarlarının öz layihələri haqda təqdimatları
Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar forumu çərçivəsində 9 fevralda layihə benefisiarlarının öz layihələri haqda təqdimatları keçirilib.
Jüri tərəfindən ən yaxşı layihə olaraq seçilən “A+A” layihəsi 1000 avro dəyərində mükafat qazandı.

Forumda həmçinin 3 müxtəlif mövzuda :
1 - "Satışda özünü təqdimat: 30 saniyə ərzində özünüz haqqında necə danışmaq olar ki, sizdən almaq istəsinlər" ,

2- "Almaniyada qadınların biznesinə dəstək sistemi: kvotalar, qrantlar - biznes modeli və qadınların gücü"
3- “Əcnəbilər üçün Almaniyada iş tapmaq və biznes qurmaq imkanları” mövzusunda
masterklasslar və biznes oyunları keçirilib.

Daha sonra forum çərçivəsində təşkil olunan konsultant yarmarkası böyük marağa səbəb olub. Konsultant yarmarkasında iştirak edən “BSC consulting” , “Logix” proqramlaşdırma, “EduAZ” , “BeyinİX” , “SAT Group” , “Nuray Consulting”, “Business İmage Lab” əməkdaşları öz məhsul və xidmətlərini yarmarka iştirakçılarına təqdim ediblər.
Öz nitqində AQSİA İH sədri Səkinə Babayeva bildirib ki, bu cür yarmarkaların keçirilməsi həm sahibkarlarla konsultantların bir-biriylə netvörkinqini artırır, həm də gələcək layihələrdə əməkdaşlıqlara səbəb ola bilir.
