Lənkəran şəhərinin Mədəniyyət Mərkəzində “Şəbəkə görüşü” keçirilib.
25 yanvar 2023-cü il tarixində USAID Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyi tərəfindən Lənkəran şəhərinin Mədəniyyət Mərkəzində Lənkəran, Biləsuvar, Masallı, Astara rayonlardan olan qadın sahibkarların “Şəbəkə görüşü” keçirilib.

Görüşün məqsədi regionda qadın sahibkarları və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənc qızları bir araya toplayaraq qadın sahibkarlığı və qadın sahibkarlıq təşkilatlarının əhəmiyyəti haqqında məlumatlandırmaq, onları yaxın gələcəkdə AQSİA-nın üzvlük xidmətlərindən yararlanmaqlarına dəstək göstərməkdir. Bundan əlavə olaraq AQSİA və AQSİA-ya üzv olmaqla bağlı təlimat kitabçası 100-dən çox qadın sahibkara təqdim olunmuşdur.
Görüşdə müxtəlif fəaliyyət istiqaməti üzrə cənub regionundan olan qadınların birgə fəaliyyət göstərməsi üçün korporativlərin yaradılması ilə bağlı müzakirələr aparılıb.
“Şəbəkə görüşü” Avropa Birliyinin Azərbaycanda həyata keçirtdiyi “Kənd yerlərində Sahibkarlığın İnkişafı” layihəsi çərçivəsində faəliyyət göstərən təlimçi Günay Həsənli və Kəmalə Məmmədli tərəfindən aparılıb.
