#KOBİA-nın dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə “Tikinti biznesi: mövcud..
vəziyyət və perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib.

Müvafiq dövlət qurumlarının, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının və tikinti sahəsində fəaliyyət göstərən sahibkarların iştirakı ilə təşkil olunmuş tədbirdə sahibkarların sektorun inkişafına dair təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, sualları cavablandırılıb.

AQSİA İdarə Heyəti sədri Səkinə Babayeva ictimai müzakirədə iştirak edib.