top of page

KOBİA İdarə Heyətinin sədri “AQSİA-nın 5 illik uğurlu tərəfdaşı” mükafatı ilə təltif olunub.

Azərbaycanda qadın sahibkarlığının genişləndirilməsi və inkişafı məqsədi ilə yaradılan #AQSİA -nın 5 illik fəaliyyətində hər zaman əsas dəstəkçilərdən biri #KOBİA olmuşdur. Dövlət və özəl sektorda qadın sahibkarlığının inkişaf etdirilməsində, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci - “Gender bərabərliyi” və 7-ci - “Məqsədlər üçün tərəfdaşlıq” bəndlərinə əsasən hər zaman qadınlara və onların iqtisadi gücləndirilməsində, evdəməşğulluq proqramları çərçivəsində, həmçinin qadın sahibkarların şəbəkələşməsində göstərdiyi xidmətlərə görə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov “AQSİA-nın 5 illik uğurlu tərəfdaşı” mükafatı ilə təltif olunub.


Mükafatı AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva və İdarə heyətinin üzvü təqdim edib.

0 views
bottom of page