top of page

“Kadın Girişimciler Derneği”-nin 20 illiyi

AQSİA İdarə heyəti üzvləri Türkiyənin “Kadın Girişimciler Derneği”-nin 20 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

Tədbir zamanı çıxış edən Səkinə Babayeva qadın sahibkarların türk dünyasının iqtisadiyyatında rolunun artırılması üçün yaxın gələcəkdə birgə addımların atılması, dayanıqlı inkişaf məqsədlərini hədəf alan layihələrin icrasına maraqlı olduğunu və bu istiqamətdə AQSİA və KAGİDER-in növbəti illərdə də uğurlu əməkdaşlığına inandığını qeyd edib.

KAGİDER başkanı Emine Erdemi təbrik edən Səkinə Babayeva son illərdə iki qardaş ölkənin qadın sahibkarlarının iqtisadi-sosial və mədəni əlaqələrinin möhkəmlənməsində göstərdikləri xidmətlərdən bəhs edib.



0 views
bottom of page