top of page

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı..

ilə “Azərbaycanda şirkətlərin rəqəmsallaşması” mövzusunda hibrid formatda tədbir keçirilib. Tədbirdə bir sıra dövlət qurumlarının, eləcə də İƏİT üzvü olan ölkələrin Azərbaycandakı səfirliklərinin və ticarət palatalarının nümayəndələri iştirak ediblər.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları Baş Direktorluğunun Şərq Tərəfdaşlığı ölkələri ilə iqtisadi əməkdaşlıq şöbəsinin rəhbəri Jerar Odaz və digərləri çıxış edib, “Azərbaycanda şirkətlərin rəqəmsallaşmasının təşviqi” və “COVID-19-dan sonra Şərq Tərəfdaşlığı ölkələrində biznesin rəqəmsal transformasiyasının sürətləndirilməsi” mövzularında hesabatların təqdimatı keçirilib və müzakirələr aparılıb.

Tədbirdə AQSİA-nı İdarə Heyətinin sədri Səkinə Babayeva təmsil edib.


0 views