İmişli Şəkər Zavodunda keçirilən Aqrar İnnovasiya Festivalında

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının dəstəyi ilə biznesini quran sahibkar xanımlar İmişli Şəkər Zavodunda keçirilən Aqrar İnnovasiya Festivalında iştirak edərək məhsullarını sərgiləyiblər. Sərgidə Tovuz və Sabirabad rayonlarında fəaliyyət göstərən qadın sahibkarlar iştirak edib.
Xüsusi dəstəyə görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə təşəkkürümüzü bildiririk.

