top of page

İctimai Şuranın üzvü Səkinə Babayeva görüşdə iştirak edib.

İqtisadiyyat Nazirliyi yanında İctimai Şura fəaliyyət planında nəzərdə tutulan növbəti görüşünü keçirdi. Əmlak Məsələləri Dövlət Xidməti ilə keçirilən ictimai müzakirədə xidmətin əsas fəaliyyət istiqamətləri, mövcud qanunvericiliyə uyğun olaraq görülən işlər, yeni layihələr və gələcək perspektivlər haqqında geniş məlumat verildi.



Həmçinin Şura üzvlərinin xidmətin fəaliyyəti ilə bağlı sualları xidmət rəisi Mətin Eynullayev və qurumun aidiyyətı nümayəndələri tərəfindən cavablandırıldı, təkliflər dinlənildi, qarşılıqlı fikir mübadiləsi aparıldı.

Görüşdə İctimai Şuranın üzvü Səkinə Babayeva əmlak məsələləri ilə bağlı qadın sahibkarların problemlərini və təkliflərini səsləndirib.

0 views
bottom of page