İstanbulda Türk Ticarət və Sənaye Palatalar Birliyinin ümumi yığıncağı təşkil olunub.
7 aprel 2023-cü il tarixində 8 Türkdilli dövlətin nümayəndələrinin iştirakı ilə İstanbulda Türk Ticarət və Sənaye Palatalar Birliyinin ümumi yığıncağı təşkil olunub.
TOBB sədri Rıfat Hısarcıklıoğlu yığıncağın məqsədinin Türk Ticarət və Sənaye Palatalar Birliyinin tərkibində ilk dəfə olaraq İdarə Heyətinin yaradılması olduğunu bildirib.

Yığıncaqda Azərbaycandan Milli Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Türkdilli Ticarət və Sənaye Palatasının Birliyinin Qadın Sahibkarlar Komitəsinin və AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva və bir çox sahibkarlar qatılıb.
AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva öz çıxışında rəhbərlik etdiyi Qadın Sahibkarlar Komitəsinin gördüyü işlərini hesabatını təqdim edib.
Qadın Sahibkarlar Komitəsi olaraq növbəti illərdə Komitənin fəaliyyətinin genişləndirilməsi üçün yeni işlərə başladığını bildirib.
Bundan əlavə olaraq AQSİA-nın Maliyyə və audit Komissiyasının rəhbəri , Karvan L Şirkətinin İcraçı direktoru Rəna Qəfərova Türk Ticarət və Sənaye Palatalar Birliyinin İdarə Heyətinin Nəzarət Komissiyasına üzv olaraq seçilib.
