top of page

“İqtisadiyyatda Həmrəy Qadınlar” adlı növbəti korporativ səhər yeməyi tədbiri baş tutdu.

AQSiA-nın təşkilatçılığı ilə müxtəlif sektorda fəaliyyət göstərən qadın sahinkarların iştirakı ilə “İqtisadiyyatda Həmrəy Qadınlar” adlı növbəti korporativ səhər yeməyi tədbiri baş tutdu.



Salamlama nitqində çıxış edən AQSİA İH sədri Səkinə Babayeva qardaş Türkiyədə baş verən faciə ilə bağlı bir dəqiqəlik sükutdan sonra başsağlığı verib və qardaş və bacılarımıza dəstək məqsədiylə AQSİA tərəfindən yaradılan Yardım Fondu haqda söz açıb.


Tədbirdə xüsusi qonağımız olan Milli Məclisin deputatı Könül Nurullayeva çıxış edib və qadın sahinkarların yardım təşəbbüsünü yüksək qiymətləndirdiyini qeyd edib.



Daha sonra səhər yeməyində iştirak edən sahibkarlar öz biznesləri haqda məlumat verib və bu da qadın sahibkarların şəbəkələşməsinə böyük töhfə verir.


Qeyd edək ki, tədbirin sonunda sahibkar qadınlar tərəfindən türk qardaşlarımız üçün təşkil edilən Yardım Fonduna ianələr olunub.




0 views