İdarə Heyətinin sədri Səkinə Babayeva ilə Kamelia Bulat və Nazənin Cavadova ilə görüş keçirildi.
AQSİA ofisində İdarə Heyətinin sədri Səkinə Babayeva, AQSİA-nın Rəqəmsal texnologiya komissiyasının sədri Mədinə Paşayeva, Xidmət komissiyasının sədri Aynurə Hüseynova və Marketinq komissiyasının sədri Xəyalə Mütəllimovanın iştirakıyla USAID Özəl Sektorun İnkişafı Layihəsi -ndən ekspert Kamelia Bulat və USAID Özəl Sektorun İnkişafı Layihəsinin Regional Koordinatoru Nazənin Cavadova ilə görüş keçirildi.

Görüş zamanı yeni yaranmış komissiyaların iş prinsipləri , iş öhdəlikləri və assosiasiyaya töhfəsi ətraflı müzakirə olundu, həmçinin USAİD ilə qarşılıqlı əməkdaşlıq perspektivləri dəyərləndirildi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin “Layiqli əmək və iqtisadi artım” bəndinə əsasən assosiasiyamızın institusionallaşması üçün yeni layihə təklif edildi.