İctimai Şuranın Azərbaycanda fəaliyyət göstərən tikinti assosiasiyaların üzvləri ilə görüş
İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın Azərbaycanda fəaliyyət göstərən tikinti assosiasiyaları və onların üzvləri ilə növbəti görüşü baş tutdu.

Assosiasiyaların ümumi fəaliyyət istiqamətləri, dövlət qurumları ilə kommunikasiya əlaqələrinin qurulması mexanizmi, qanun layihələrinin qəbulu zamanı sahibkarların təklif və rəylərinin öyrənilməsi sistemləri barədə konstruktiv müzakirələr aparıldı.Qarşılıqlı fikir mübadiləsi nəticəsində səsləndirilən bütün suallar və təkliflər dinlənildi və lazımi qeydlər aparıldı.