top of page

#Hicran Hüseynova USAİD Özəl Sektorun İnkişafı layihəsinin təmsilçiləri ilə görüşüb.


Dekabrın 9-da Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova USAİD Özəl Sektorun İnkişafı layihəsinin təmsilçiləri ilə görüşüb. Görüşdə USAİD Özəl Sektorun İnkişafı layihəsi çərçivəsində qadın sahibkarların iqtisadi və sosial həyatda üzləşdiyi çətinliklər və onların aradan qaldırılması üçün görülə biləcək tədbirlər barədə müzakirələr aparılıb.

Hicran Hüseynova qonaqları salamlayaraq bildirib ki, qadın sahibkarların rolunun cəmiyyətdə gücləndirilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva çıxışında bildirib ki, əsas çətinlik dəyər zəncirində qırılmaların olmasıdır. Bununla bağlı qanunvericilikdə bir neçə dəyişiklik edilməlidir. Digər bir məsələ isə regionlarda kadr potensialı ilə bağlıdır. Xaricdən gələn layihələrin əksər hissəsi öz ekspertləri tərəfindən yerinə yetirilir. Regionlarda rəqəmsallaşma inkişaf etmədiyi üçün hüquqi məsələlərdə köməyə ehtiyac yaranır.

2 views
bottom of page