Heydər Əliyev mərkəzində bölgənin sahibkar qadınları ilə regional forum keçirildi.
AQSİA İH sədri Səkinə Babayeva, assosiasiyanın işçi heyəti və 17 sahibkar qadının iştirakıyla Astaraya olan səfər zamanı rayon icra başçısı Qəzənfər Ağayevin iştirakıyla Heydər Əliyev mərkəzində bölgənin sahibkar qadınları ilə regional forum keçirildi.

Görüş zamanı Astaradan olan sahibkar qadınlar turizm, kənd təsərrüfatı, xidmət sahələrinin genişləndirilməsi, yeni başlayan sahibkar qadınlara təlim tədrisin verilməsi ilə bağlı bölgədə assosiasiyanın nümayəndəliyinin yaradılmasını təklif etdilər.

Öz çıxışında AQSİA İH sədri Səkinə Babayeva bildirib ki, regionda özünəməşğulluğun yaradılması və qadınların iqtisadi gücləndirilməsi assosiasiyamızın prioritet istiqamətlərindəndir.
Assosiasiya ilə birgə layihələrin icrasının planlaşdırıldığını nəzərə çatdıran Astara rayon icra başçısı Qəzənfər Ağayev bildirib ki, assosiasiyanın regionlarda olan qadınlara dəstəyi təqdirəlayiqdir.