“Heydər Əliyev: Azərbaycan və Vyetnam arasında dostluğun qurulmasında tarixi missiya” adlı konfrans
AQSİA İH sədri Səkinə Babayevanın rəhbərliyi ilə Vyetnama səfər edən nümayəndə heyəti 10 may tarixində Hanoy şəhərində yerləşən Vyetnam Diplomatik Akademiyasında Ümummillli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: Azərbaycan və Vyetnam arasında dostluğun qurulmasında tarixi missiya” adlı konfransda iştirak edib.

Online formatda tədbirə musiqişünas, Azərbaycanda YUNESKO-nun nəzarəti ilə yaradılmış İnternational Music Council (İMC) ictimai təşkilatının sədri Nigar Axundova da qoşulub.
Tədbir zamanı Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə bağlı video nümayiş etdirilib.
Konfransda həmçinin,1960-cı illərdə ölkəmizdə tələbə olan vyetnamlılar da iştirak edərək, Azərbaycan ilə bağlı öz təəssüratlarını bölüşüblər.
Konfrans Azərbaycan və Vyetnam iş adamlarının iştirakı ilə B2B görüşlərlə davam edib.
Tədbir gala-şam yeməyi ilə yekunlaşıb.

Gün sonunda isə "Azerbaijan HR Institute" rəhbəri Emil Hüseynov və xanımı Aytən Hüseynova ilə Vyetnamda rastlaşmaq və maraqlı mövzularda fikir mübadiləsi aparmaq nümayəndə heyətimiz üçün maraqlı oldu.
