top of page
Writer's pictureAqsia Assosication

"Gender bərabərliyinin təşviqi” Layihəsinin bağlanışı keçirilmişdir.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, Gürcüstanın Biznes Qadınları Şurası ilə birlikdə İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz Ofisi vasitəsilə Xarici İşlər üzrə Federal Departamenti tərəfindən təmsil olunan İsveçrə Konfederasiyası (FDFA) tərəfindən maliyyələşdirilən “Dayanıqlı inkişaf yolunda qadınların iqtisadi gücləndirilməsi və gender bərabərliyinin təşviqi” Layihəsinin bağlanışı 23 Dekabr saat 10:00-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilmişdir.


Tədbirdə AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva və layihənin donoru olan İsveçrə Səfirliyi, Zaqatala İcra Hakimiyyəti nümayəndəsi və Zaqatala KOB dostu və layihə iştirakçıları, qaliblər iştirak etmişdir.


Tədbir zamanı Səkinə Babayeva və digər nümayəndələr iştirakçıları salamlayaraq onların layihə boyu göstərdikləri aktiv iştirakına görə hər birinə təşəkkür etmiş və regionlardakı qadınların sosial-iqtisadi gücünün artırılması məqsədi ilə keçirilən bu layihənin tez bir zamanda yenidən olacağını vurğulamışdır. Qarşılıqlı müzakirələr aparılmış və iştirakçıların gələcək planları dinlənilmişdir.


Qeyd etmək istərdik ki, layihəyə 90 qadın müraciət etmiş, 20 iştirakçı seçilərək təlimlərə cəlb olunmuş, biznes planını tam əsaslandıran 13 qadın iştirakçı isə qalıb olaraq avadanlıqlarını təhvil almışdır.






0 views

Comments


bottom of page