22-26 İyul 2024-cü il tarixində Gələcək Üçün Assosiasiyalar Akademiyası(AFA) fəaliyyətinin 3-cü mərhələsi həyata keçirildi.
Təlim sessiyasına keçməzdən əvvəl #AMFA-nın Müşahidə Şurası ilə həmkar görüş keçirildi.Müşahidə şurasının sədri Cəlal Əliyev və Şuranın digər üzvləri #AMFA-nın fəaliyyəti,onun Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində gördüyü işlər,Assosiasiyaların fəaliyyətinin təşviqi və təbliğində rolu barədə danışdılar
Gələcək Üçün Assosiasiyalar Akademiyası(AFA) fəaliyyətinin 3-cü mərhələsində keçirilən və 5 gün davam edən təlimlərdə #AQSİA əməkdaşları və Səkinə Babayeva iştirak etmişdir.
5 gün davam edən təlimlərdə “Assosiasiyaların və təşkilatların fəaliyyətində peşəkar etikanın əsas 3 qaydası”,”Münasibətlər piramidası”,”Etika kodeksi”,”Səmərəli idarəçilik”,”Lobiçillik,vəkillik və xarici kommunikasiya”,”Üzvlük strategiyaları”,”Sənədləşmənin əsasları”,”Kommunikasiya bacarıqları” kimi mövzular müzakirə olunmuş , qruplarla iş keçirələrək assosiasiyaların fəaliyyət istiqaməti üzrə inkişafına manea olan məsələlərin aradan qaldırılması üçün bir çox təkliflər irəli sürümüşdür.
Qeyd etmək istərdim ki, təlimlər sentyabr ayından etibarən davam edəcəkdir.
Comments