Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi-nin “Şuşa İli”nə həsr etdiyi xüsusi müsabiqənin qalibi olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının “Qarabağ İncilərinin Avropa Sədası" adlı layihəsi çərçivəsində fransız dilli ölkələrinin sahibkarlar təşkilatının ( GPF) İdarə heyətinnin üzvü Jeneviyev Salsa ilə görüş keçirilib.
İki ölkənin qadın sahibkarlar təşkilatları arasında əməkdaşlıq imkanları müzakirə olunub. Qarşı tərəf Azərbaycana səfər etməyə dəvət edilib.
Salsa Janiyev bu layihənin çox yüksək əhəmiyyət kəsb etdiyini və Fransada keçirilməsinin iki ölkə arasındakı mədəni münasibətlərin inkişafına da öz təsirini göstərəcəyini qeyd edib.
Comments