Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Paris şəhərində baş tutan “Qarabağ incilərinin Avropa sədası” layihəsi çərçivəsində "Feminin Pluriel Global" təşkilatının prezidenti Alexandra Orijeyle görüş keçirilib.
AQSİA sədri Səkinə Babayeva layihənin icrasından, qadın əməyindən və dövlət dəstəyindən danışıb. Layihənin yenicə nəşr olunmuş kitabı xanım Alexandra Orijeye təqdim olunub.
Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə yanaşı PAŞA Sığorta ASC, Azərbaycan Respublikasının Fransa Respublikasındaki səfirliyi, Azərbaycanın Fransadakı Dostları Assosiasiyası, BTF MMC və K.Fabuel Moda Evinin tərəfdaşlığı ilə həyata keçirilir
Comentários