Dayanıqlı İnkişaf yolunda qadınların iqtisadi gücləndirilməsi və gender bərabərliyinin təşviqi..
layihəsi çərçivəsində Şəki-Zaqatala şəhərində AQSİA tərəfindən kiçik biznesin rəqəmsal dünyaya inteqrasiyası ilə bağlı təlimlər keçirilib.

Maarifləndirilmə məqsədilə həyata keçirilən layihədə rayonun kiçik sahibkar və sahibkar olmaq istəyən xanımları qarşısında AQSİA-nin üzvü, "Maestro School"un təsisçisi Mədinə Paşayeva "öz biznesini sosial mediada təşviq et" adlı təlimi gerçəkləşdirib.
