Dövlət qurumları ilə Özəl sektorun birgə əməkdaşlığı
Noyabrın 23-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə Qlobal Sahibkarlıq Həftəsinə həsr edilmiş “Üfüqdə Yeni Fürsətlər:Qadın Sahibkarlara Yaşıl İşıq”adlı V Forum keçirilib.
Tədbir bir-birindən maraqlı panellərlə davam edib.
Sakit Səmədovun moderatorluğu ilə “İqtisadiyyatda rəqəmsallaşdırma və yeni həyat keyfiyyətinə keçiddə Dövlət qurumları ilə Özəl sektorun birgə əməkdaşlığı”

mövzusunda keçirilən paneldə Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Fuad Aslanov, Sahibkarlığın İnkişafı Fondunda Partnyorlarla iş şöbəsinin müdiri İsmayıl Hüseynov, Aqrar İnnovasiya Mərkəzi direktoru Anar Cəfərov, 4SİM - Təhlil və monitorinq şöbəsinin rəisi Ayaz Müseyibov qonaq məruzəçi qismində çıxış edib və mövzu haqda fikirlərini bölüşüblər, iştirakçıların suallarını cavablandırıblar.

Panel daxili növbəti müzakirədə "İdeyadan Biznesə, Biznesdən Karyeraya" mövzusunda moderatorluq edən AQSİA-nın Rəqəmsal Texnologiya komissiyasının sədri- Mədinə Paşayeva mövzu haqda fikirlərini bölüşüb və qonaq məruzəçi qismində iştirak edən Şirin Şərifov - (AKİAB-ın İdarə Heyətinin sədri) ,Aynura Hüseynova (AQSİA-nın "Xidmətin Təşkili Komissiyası"-nın sədri) ,Lamiyə Bayramova (AQSİA İdarə Heyətinin üzvü) , Gülpəri Bayramova (AQSİA üzvü), Günel Zeynalova (HG Group-un təsisçisi), Həvva Səfərova (sahibkar qadın) mövzu haqda öz fikirlərini və karyeraya doğru addımları haqda məlumatlarını bölüşüblər.

Forum "Qarabağ İncilərinin Avropa Sədası" Layihəsi çərçivəsində nümayiş olunan defilə Auksionu və şam yeməyi ilə müşayət olunan Qala gecəsi ilə yekunlaşıb.
Qeyd üçün bildiririk ki, foruma 32 ölkədən 2000-dən çox iştirakçı qatılmışdı.
