top of page

COJEP World Network üzvləri Beynəlxalq Əməkdaşlıq Platformasında: Hacı Bayram Vəli Universiteti













COJEP World Network üzvləri Beynəlxalq Əməkdaşlıq Platformasında: Hacı Bayram Vəli Universitetində görüş keçirildi.

Görüşdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası sədri Səkinə Babayeva da iştirak edib.

Hacı Bayram Vəli Universitetinin rektoru Dr. Yusuf TEKİN ilə görüş keçirilib. COJEP International prezidenti Ali GEDİKOĞLU COJEP Network və fəaliyyət dairəsinin genişləndirilməsi perespektivləri haqqında və Koordinatorluqlar haqqında Universitet rektoruna məlumat verib. “Könüldən Könülə Türkiyə Görüş layihəsi”nin iştirakçısı olan QHT-lər layihələrinin yer aldığı dərgi Prof. Dr. Yusuf TEKİNə təqdim olundu. COJEP Avroasia Koordinatoru, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova Elm və Təhsil üzrə əməkdaşlıqların genişləndirilməsi, Azərbaycan, Avroasia ölkələri, həmçinin Mərkəzi Asia ölkələri, Gürcüstan və digər ölkələrlə mübadilələrin artırılması, müəllim və tələbə transferləri və digər məsələlərlə bağlı təkliflərlə çıxış etdi. Prof. Dr. Yusuf TEKİN COJEP International elm və təhsil sahəsində regional regional və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə Hacı Bayram Vəli Universitetinin açıq olğunu bildirdi.




0 views
bottom of page